en az

Miniatür Muzeyinin Bestiari | Gələcəyin Gəmisi

Bəşəriyyət canlı aləmi xilas etmək üçün yeni bir daşqın, tufan gözləməməlidir. Bizim gəmimiz artıq bu gün yola düşür və gələcəyə özümüzlə kimi və nəyi aparacağımız bizdən asılıdır. 


Bu layihənin ana xəttini Nuhun gəmisini təsvir edən miniatür təşkil edir. Gəmi insanlar, heyvanlar, quslar və bitkilərlə doludur. Bu sadə bir gəmi deyil, təbiət və sivilizasıyanın sıx vəhdətdə olduğu dünyanın modelidir. O, elə bil ki, həyatın davam etməsi üçün canlı varlıqları bir yerə toplamış hərəkətdə olan bir bestiardır. Əgər klassik bestiar canlı varlıqların obrazlarını qoruyurdusa, bu gəmi həyatın özünü qorumağa çağırır. Hamı eyni gəmidədir və birinin gələcəyi digərinin gələcəyindən asılıdır. 


Bu əsər vasitəsilə Miniatür Muzeyi müasir bestiar-bədii yaddaşda qorunub saxlanmış real və fantastik varlıqlar toplusu yaradır. Layihə Azərbaycanın “ böyük beşlik” mövzüsüna - ceyran, Qafqaz leopardı, qonur ayı, boz qurd və şah qartalına müraciət edərək, sual verir: gələcəyin gəmisində onlara yer tapılacaq, yoxsa bu canlılar bir gün yalnız təsvirlərdə və əfsanələrdə qalacaqla. Müzey yalnız canlı dünyanı deyil, həm də insanın uzun əsrlər boyu təbiəti və kainatda özünün yerini anlaması üçün bir vasitə  və bədii dil olan miniatür sənətini qoruyan bir gəmiyə cevrilir. Layihə ikiqat məsuliyyətdən xəbər verir: “ Böyük beşliyə “ daxil olan canlılar gələcək bestiarın personajlarına, miniatür sənəti isə təkcə itirilmiş bədii dil haqqında xatirələrə çevrilməməlidir! Müzey əsəri qoruyub saxlaya bilər, bədii ənənə isə yalnız yalnız yeni ustalar, yeni miniatürlər yarandıqda, ustalıq və sənətkarlıq qanunları nəsildən nəsilə ötürüldükdə yaşaya bilər. Miniatür sənətimizi yaşadaq!

30.10.2026
10:00 - 19:00
31.10.2026
10:00 - 19:00
01.11.2026
10:00 - 19:00
The Museum of Miniature Art